Mossad iranlı komandiri təhdid edib
Mossad İranın yüksək rütbəli hərbi komandirlərindən birini telefon vasitəsilə təhdid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, səs yazısında Mossad agenti komandirə “Sənin haqqında hər şeyi bilirik, qara siyahıdasan” deyərək mövqeyini dəyişməyə çağırıb və xəbərdarlıq edib ki, əks halda taleyi Ayətullah Əli Xamenei ilə eyni ola bilər.
Telefon danışığında komandirin cavabı belə olub: “Qurana and içirəm ki, sənin düşmənin deyiləm… bizə kömək edin.”
Hadisə İsrailin İranda həyata keçirdiyi kəşfiyyat və təzyiq əməliyyatlarının yeni nümunəsi kimi qiymətləndirilir.
11:22 18.03.2026
Oxunuş sayı: 60