Zelenski: Biz İranın təhdidlərindən qorxmuruq
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün “X” hesabında fars dilində açıqlama verərək İranın Ukraynaya qarşı təhdidlərinə münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski qeyd edib ki, Ukrayna körfəz ölkələrinə göstərdiyi dəstək səbəbindən İranın hədələrinə məhəl qoymur: “Son dörd ildə müxtəlif bəyanatlar eşitmişəm. ABŞ və Yaxın Şərq ölkələrinin liderləri bizə dronlarla bağlı kömək üçün müraciət ediblər. Bu, bizim üçün vacibdir. Onlar hava hücumundan müdafiə sahəsindəki təcrübəmizdən istifadə etmək istəyirlər. Biz bu təcrübəni və müdafiə sistemlərini təmin etməyə hazırıq.”
O əlavə edib ki, belə bəyanatlar Ukrayna üçün yeni deyil: “Biz bu cür bəyanatlardan qorxmuruq. Son dörd, habelə 12 ildir ki, bu cür təhdidləri hər gün eşidirik.”
Zelenskinin açıqlaması İranın təhdidlərinə qarşı Ukraynanın mövqeyinin dəyişməz olduğunu göstərir və ölkənin müdafiə qabiliyyətlərinə inamını vurğulayır.
10:45 18.03.2026
Oxunuş sayı: 41