Rutte: Avropa ABŞ olmadan özünü müdafiə edə bilmir
NATO-nun baş katibi Mark Rutte bildirib ki, Avropa İttifaqı və ölkələri ABŞ-nin dəstəyi olmadan öz müdafiələrini təmin edə bilməzlər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rutte bu açıqlamanı Avropanın təhlükəsizlik məsələlərində ABŞ ilə strateji əməkdaşlığın vacibliyini vurğulamaq üçün verib.
O qeyd edib:
“Əgər kimsə düşünürsə ki, Avropa İttifaqı və ya bütövlükdə Avropa ABŞ olmadan özünü müdafiə edə bilər, xəyal qurmağa davam etsin.”
Ruttenin sözləri, Avropada artan müdafiə xərcləri və təhlükəsizlik məsələləri kontekstində diqqət çəkir. ABŞ-nin hərbi və strateji dəstəyi olmadan Avropanın müdafiə qabiliyyətinin məhdud olduğu vurğulanır.
17:20 17.03.2026
Oxunuş sayı: 40