İran ABŞ ilə birbaşa əlaqə xəbərlərini təkzib etdi
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə birbaşa əlaqələrin bərpa olunması barədə yayılan məlumatları rədd edib.
Crossmedia.az-ın məlumatına görə, Əraqçı X hesabında açıqlamasında bildirib ki, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof ilə son təması ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından əvvəl baş tutub.
Nazir vurğulayıb:
“Cənab Stiv Uitkof ilə son əlaqəm onun təmsil etdiyi tərəfin İran üzərinə növbəti qeyri-qanuni hərbi hücumla diplomatiyanı məhv etmək qərarından əvvəl olub. Əksinə, iddialar yalnız neft treyderlərini və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”.
16:15 17.03.2026
Oxunuş sayı: 46