İran NEFTİ BAHALAŞDI
Hörmüz boğazındakı fasilələr səbəbindən neft qiymətləri bir barel üçün 100 dollardan yuxarı qalxıb və bu İran üçün gündə təxminən 140 milyon dollar gəlir deməkdir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Son hücumlardan sonra İran gündə təxminən 1,5–1,6 milyon barel neft ixrac edir, tankerlər isə Xarq adası ərazisində yükləmə əməliyyatlarını davam etdirir.
Məlumata görə, İran neftinin böyük hissəsi Çinə göndərilir və çox vaxt endirimli qiymətlərlə satılır.
16:08 17.03.2026
Oxunuş sayı: 408