CENTCOM: Hörmüzdən Tehrana qədər hədəflər vuruldu
ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən keçirilən son brifinqdə ABŞ Hərbi Hava Qüvvələrinin İran ərazisinə endirdiyi zərbələrin nəticələrini əks etdirən peyk görüntüləri və video materiallar təqdim olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Brifinqdə nümayiş etdirilən ilk görüntülərdə Hörmüz boğazı yaxınlığında yerləşən pilotsuz katerlər anbarının tamamilə məhv edildiyi bildirilib. Qeyd olunub ki, bu obyekt regionda dəniz əməliyyatları üçün istifadə edilirdi.
Digər görüntülərdə isə Tehran şəhərində kamikadze tipli pilotsuz uçuş aparatlarının istehsal olunduğu müəssisənin zərbələr nəticəsində ciddi dağıntıya məruz qaldığı əks olunub.
Brifinq zamanı dağlıq ərazidə yerləşən raket bazalarından birində atıcı qurğuların məhv edildiyini göstərən kadrlar da təqdim edilib. Bundan əlavə, Xarq adası ərazisinə endirilən zərbələrin əlavə görüntüləri də paylaşılıb.
Həmçinin, İran gəmilərindən birinə endirilmiş zərbənin görüntülərinin də brifinq materiallarına daxil edildiyi bildirilib.
14:44 17.03.2026
Oxunuş sayı: 49