İsrail tərəfindən İran ərazisinə qarşı həyata keçirilən son hava əməliyyatı çərçivəsində bir neçə şəhər eyni vaxtda hədəfə alınıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, paytaxt Tehran, həmçinin Şiraz və Təbriz şəhərlərində yerləşən obyektlərə koordinasiyalı zərbələr endirilib.
İsrail Müdafiə Qüvvələri tərəfindən yayılan açıqlamada bildirilir ki, hücumlar zamanı təhlükəsizlik strukturlarına aid obyektlər, o cümlədən İranın Kəşfiyyat Nazirliyi (ETTELAAT) və “Bəsic” qüvvələri ilə əlaqəli hədəflər vurulub.
Məlumata əsasən, Şirazda daxili təhlükəsizlik qərargahı və raket anbarı, Təbrizdə isə hava hücumundan müdafiə sistemləri zərərsizləşdirilib.
Hadisə ilə bağlı İran rəsmiləri hələlik rəsmi açıqlama verməyib.