Kürd Komala liderindən İrana qarşı müharibə bəyanatı
İran kürd müxalif qruplaşması olan Komala təşkilatının lideri Abdullah Mohtadi İran hökumətinə qarşı mübarizəyə hazır olduqlarını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, kürdlər İran daxilində mümkün dəyişiklik prosesində “əsas rol” oynaya bilər.
Mohtadinin sözlərinə görə, kürd bölgələrində təhlükəsizlik qüvvələrində zəiflik müşahidə olunur və on minlərlə gənc silahlı mübarizəyə qoşulmağa hazırdır. O əlavə edib ki, ABŞ-ın dəstəyi ilə kürd Peşmərgə qüvvələri “İranın azadlığı uğrunda mübarizəyə başlamaq” potensialına malikdir.
Bununla belə, o, ABŞ-ın İraq üzərindən kürd silahlı qruplarını silahlandırması ilə bağlı iddialara baxmayaraq, rəhbərlik etdiyi təşkilatın hazırda xarici dövlətlərdən birbaşa yardım almadığını qeyd edib.
11:21 17.03.2026
Oxunuş sayı: 44