Birləşmiş Ərəb Əmirlikləri İran raketlərini zərərsizləşdirdi: İnsan itkiləri açıqlandı
Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyi Yaxın Şərqdə artan gərginlik fonunda son hücumlarla bağlı məlumat yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, martın 15-də ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən İran tərəfindən atıldığı iddia edilən dörd ballistik raket və altı pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.
Rəsmi açıqlamaya görə, eskalasiya başlayandan bu günə qədər ümumilikdə 298 ballistik raket, 15 qanadlı raket və 1 600-dən çox PUA məhv edilib.
Nazirlik həmçinin insan itkiləri ilə bağlı məlumatı da açıqlayıb. Qeyd olunub ki, baş verən hücumlar nəticəsində altı nəfər həyatını itirib. Ölənlərin BƏƏ, Banqladeş, Nepal və Pakistan vətəndaşları olduğu bildirilib.
Bundan əlavə, 142 nəfərin yüngül və orta dərəcəli xəsarət aldığı qeyd olunub. Martın 14-dən etibarən yaralıların sayının daha bir nəfər artdığı vurğulanıb.
Açıqlamada zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilib.
10:00 17.03.2026
Oxunuş sayı: 45