ABŞ siyasəti tənqid edildi: İran rəsmisindən açıqlama
İran xarici işlər naziri Abbas Əraqçı Yaxın Şərqdə baş verən müharibə və qan tökülməsi ilə bağlı açıqlama verib. Nazir bu proseslərə görə ABŞ prezidentinin müşavirlərini günahlandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əraqçı bildirib ki, ədalətli və bərabərhüquqlu razılaşma əldə etmək imkanı olduğu halda, ABŞ prezidentinə yanlış məsləhətlər verən şəxslər regionda baş verən hadisələrə görə məsuliyyət daşıyırlar.
“Ədalətli razılaşma mümkün idi. Lakin ABŞ prezidentinə yanlış istiqamət verənlər İranda baş verən qan tökülməsinə görə cavabdehdirlər”, – deyə o qeyd edib.
Nazir həmçinin vurğulayıb ki, Yaxın Şərqdə davam edən müharibə həm iranlılara, həm də amerikalılara faktiki olaraq məcburi şəkildə qəbul etdirilib.
Məsələ ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi münasibət açıqlanmayıb.
09:45 17.03.2026
Oxunuş sayı: 41