Gərginlik artır? ABŞ və İran arasında yeni iddialar
ABŞ müdafiə nazirinin baş müşaviri kimi təqdim olunan Sin Parnel “X” platformasında paylaşım edərək İran donanmasının “tamamilə məhv edildiyini” iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qısa müddətdə geniş yayılmış bu açıqlama hələlik rəsmi mənbələr və nüfuzlu beynəlxalq media tərəfindən təsdiqlənməyib. Analitiklər bildirirlər ki, belə miqyaslı hərbi hadisə baş versəydi, bu, qlobal informasiya məkanında əsas xəbərlərdən birinə çevrilərdi.
Hazırda nə Pentaqon, nə də İran tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilib. Ekspertlər sosial şəbəkələrdə yayılan bu kimi məlumatlara tənqidi yanaşmağın vacibliyini vurğulayırlar.
09:24 17.03.2026
Oxunuş sayı: 50