HƏMAS Xameneini İsrailə qarşı bütün cəbhələri açmağa çağırdı
HƏMAS İranın yeni ali lideri Müctəba Xameneinini İsrailə qarşı bütün cəbhələri aktivləşdirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Jerusalem Post"nəşri məlumat yayıb.
Bildirilir ki, təşkilat Tehrana göndərdiyi gizli məktubda İranı İsrailə qarşı mübarizəni genişləndirməyə çağırıb.
Məlumata görə, məktub HƏMAS-ın şənbə günü verdiyi açıqlamadan sonra göndərilib. Həmin açıqlamada təşkilat İranı qonşu Körfəz ölkələrinə hücum etməməyə çağırmışdı.
HƏMAS həmçinin tərksilahın qarşısını almaq niyyətində olduğunu bəyan edib və məktubda “sionist-amerikan xaosu” qarşısında İran rəhbərliyinə dəstəyini ifadə edib.
Sənəddə İsraillə münasibətləri normallaşdıran bəzi Körfəz ölkələri də tənqid olunaraq “məğlub düşərgənin bir hissəsi” kimi təqdim edilib.
Nəşrin yazdığına görə, məktubda region ölkələrinə də istehza edildiyi və “Epik qəzəb” əməliyyatı zamanı İranın raket zərbələri nəticəsində amerikalı hərbçilərin öldüyü hadisələrə işarə olunduğu qeyd edilir.
01:30 17.03.2026
Oxunuş sayı: 41