İran ABŞ rəsmilərinin dron iddialarını İFŞA ETDİ
Martın 16-sı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Vaşinqtonda bəzi rəsmilərin dronların ABŞ sahillərinə çata biləcəyi barədə səsləndirdiyi iddiaların “yalançı bayraq əməliyyatlarına” zəmin yarada biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Snn.ir" məlumat yayıb.
Bəqayi qeyd edib ki, “yalançı bayraq əməliyyatları” keçmişdə dəfələrlə ABŞ və İsrail tərəfindən istifadə olunan bir üsuldur. Onun sözlərinə görə, ABŞ təhlükəsizlik qurumlarından bir nümayəndənin İran dronlarının ABŞ-nin qərb sahillərinə çata biləcəyini iddia etməsi ciddi suallar doğurur.
XİN sözçüsü vurğulayıb ki, İran dronlarının Fars körfəzi bölgəsindən Kaliforniya sahilləri-yə qədər təxminən 6500 mil məsafə qət edə bilməsi barədə iddialar həqiqətə uyğun deyil.
Qeyd edək ki, “yalançı bayraq” əməliyyatı — bir hücum və ya təxribatın başqa tərəfin üzərinə atılması üçün həmin tərəfin adına və ya görüntüsündə gizli şəkildə təşkil edilən əməliyyatdır.
18:15 16.03.2026
Oxunuş sayı: 43