Trampın siyasəti səbəbindən alyansın dağılması ehtimalı var
NATO-nun sabiq baş katibi Jens Stoltenberq alyansın gələcəyi ilə bağlı narahatlığını ifadə edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, Donald Trampın NATO ilə bağlı açıq narazılığı alyans üçün risk yarada bilər.
“Donald Trampın prezidentliyi dövründə NATO-nun mövcudluğunu davam etdirəcəyinə heç bir zəmanət yoxdur. O, alyansdan narazılığını kifayət qədər açıq şəkildə ifadə edir”, – deyə Stoltenberq qeyd edib.
10:27 15.03.2026
Oxunuş sayı: 57