Ukrayna ordusu Rusiyada neft bazasını vurub
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarı ərazisində yerləşən neft bazasına zərbə endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Krasnodar diyarının Operativ Qərargahı məlumat yayıb.
Bildirilib ki, Tixoretsk şəhəri ətrafında yerləşən neft bazasına pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində yanğın başlayıb.
Hadisə nəticəsində dəyən zərər və digər təfərrüatlar barədə əlavə məlumat verilməyib.
09:28 15.03.2026
Oxunuş sayı: 57