Pekindən Tehrana hərbi dəstək: ABŞ-nin gizli təyyarələrinə qarşı radar
Çinin İranın hərbi naviqasiya sistemlərini ABŞ-nin GPS sistemindən Çinin şifrələnmiş "BeiDou-3" sisteminə keçirdiyi bildirilir.
Crossmedia.az "The Washington Post" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Pekin Tehrana ABŞ-nin gizli hərbi platformalarına qarşı istifadə üçün nəzərdə tutulan UHF diapazonunda işləyən YLC‑8B radar sistemi də təqdim edib.
Bu radarın "B‑21 Raider" bombardmançısı və "F‑35C Lightning II" kimi gizli texnologiyaya malik ABŞ hərbi platformalarının radar udma effektivliyini azaltmaq üçün hazırlandığı qeyd olunur.
Eyni zamanda, Çinin hərbi məqsədlər üçün istifadə olunan nadir torpaq elementlərinin ixracını da məhdudlaşdırdığı bildirilir.
Bu addımın ABŞ-nin bəzi silah ehtiyatlarını yenidən doldurma imkanlarına potensial təsir göstərə biləcəyi vurğulanır.
03:40 15.03.2026
Oxunuş sayı: 40