Husilərdən yeni strategiya: Qırmızı dəniz keçidindən milyardlar qazanırlar
Yəməndə fəaliyyət göstərən Husi Hərəkatınin Qırmızı dənizdən keçən gəmilərdən təhlükəsiz keçid üçün pul almağa başladığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Məlumata görə, husilər bölgədən keçən bəzi ticarət gəmilərindən müəyyən məbləğ tələb edir və bunun qarşılığında onların təhlükəsiz hərəkətinə zəmanət verirlər.
Bu praktika husilər üçün milyardlarla dollar gəlir gətirən yeni maliyyə mənbəyinə çevrilə bilər.
01:30 15.03.2026
Oxunuş sayı: 44