ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan minlərlə tutucu pilotsuz uçuş aparatı yerləşdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, ABŞ bölgəyə süni intellektlə idarə olunan təxminən 10 min ədəd “Merops” tipli tutucu pilotsuz uçuş aparatı göndərib. Bu aparatlar əsasən düşmən pilotsuz uçuş aparatlarını havada zərərsizləşdirmək üçün istifadə olunur.
Bununla yanaşı, ABŞ bölgəyə Ukraynanın “Bumblebee” tipli tutucu pilotsuz uçuş aparatlarını da yerləşdirib. Kvadrokopter tipli bu qurğular düşmən dronları ilə birbaşa toqquşaraq onları məhv etmək üçün hazırlanıb.
Bildirilir ki, bu addım Yaxın Şərqdə hava məkanının müdafiəsini gücləndirmək məqsədi daşıyır.