Tramp: ABŞ ordusunun Yaxın Şərqdə ən güclü bombardmanı həyata keçirilib
ABŞ prezidenti Donald Tramp İranın Xarq adasına endirilən zərbələrin görüntülərini yayımlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp özünün "Truth Social" hesabında paylaşım edərək bildirib ki, ABŞ hərbi qüvvələri adada yerləşən bütün hərbi hədəfləri məhv edib.
Prezidentin sözlərinə görə, həyata keçirilən əməliyyat ABŞ ordusunun Yaxın Şərqdə indiyə qədər etdiyi ən güclü bombardmanlardan biri olub. Hadisə bölgədəki hərbi və siyasi gərginliyi artıran yeni bir mərhələ kimi qiymətləndirilir.
10:57 14.03.2026
Oxunuş sayı: 3647