İsraildən İran rəhbərliyinə gizli mesaj: Sürprizlər olacaq
İsrailin Baş naziri Benyamin Netanyahu İran və Hizbullah rəhbərliyinə dolayı xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Netanyahu mətbuat konfransında bildirib ki, İranın Ali Dini Lİderi Müctəba Xameneyi və Nəim Qasim üçün yaxın vaxtlarda “sürprizlər” ola bilər. O, təhlükəsizlik məsələlərində müəyyən qeyri-müəyyənliyin qorunmasının vacib olduğunu qeyd edərək, əlavə detallar açıqlamaqdan imtina edib.
Baş nazir həmçinin vurğulayıb ki, İsrail İran xalqının mövcud rejimi dəyişdirə biləcəyi şəraitin formalaşmasına çalışır. Onun sözlərinə görə, rejimin taleyi ilk növbədə iranlıların özündən asılıdır.
Netanyahu bildirib ki, rejim dəyişməsə belə, İsrailin addımları nəticəsində İranın imkanları xeyli zəiflədilib və ölkə bir çox təhlükəli potensialdan məhrum edilib.
Jurnalistin İsrailin İrandakı müxalifət qruplarını silahlandırıb-silahlandırmadığı barədə sualına cavab verən Netanyahu deyib ki, rejimin dəyişməsi yalnız İran xalqının səyləri ilə mümkündür və İsrail bu prosesdə müəyyən yollarla dəstək göstərə biləcəyini bildirib.
İsrailin Baş naziri əlavə edib ki, ABŞ prezidenti Donald Tramp ilə münasibətlər əvvəlki ABŞ administrasiyaları ilə müqayisədə “yüz dəfə daha güclüdür”.
10:10 14.03.2026
Oxunuş sayı: 505