Orban Avropanın Rusiya ilə bağlı bu qərarını strateji səhv olduğunu bildirdi
Yaxın Şərqdəki müharibə və regiondan neft və qaz tədarükünün dayandırılması Avropa İttifaqının (Aİ) Rusiya enerji resurslarından imtina etməsinin strateji səhv olduğunu göstərir.
Crossmedia.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
O, bu fikirləri Budapeştdə keçirilən Karpat Hövzəsi Forumunda çıxışı zamanı səsləndirib.
Orbanın sözlərinə görə, Yaxın Şərqdəki gərginlik və enerji bazarında yaranan qeyri-müəyyənlik Avropanın enerji təhlükəsizliyini daha da çətinləşdirir.
Baş nazir hesab edir ki, Aİ-nin Rusiya enerji tədarükündən imtina qərarı mövcud şəraitdə ciddi problemlərə səbəb ola bilər.
23:55 13.03.2026
Oxunuş sayı: 56