Şah tərəfdarlarından İran ordusuna dəstək
İranda ABŞ və İsrailə qarşı keçirilən ənənəvi Qüds yürüşündə bu il diqqət çəkən bir hadisə baş verib.
Crossmedia.az "Financial Times" (FT) qəzetinə istinadən xəbər verir.
Məlumata görə, ilk dəfə olaraq şah tərəfdarları ilə əlaqələndirilən “Azad İran” qrupu da yürüşdə iştirak edib.
Bildirilir ki, bu qrup indiyədək ABŞ-dən siyasi dəstək gözləyən qüvvələr arasında sayılırdı.
Lakin Minab şəhərində məktəbə edilən zərbə və mülki insanların ölümü onların mövqeyində dəyişiklik yaradıb.
Hadisədən sonra təşkilat ABŞ-nin hücumlarını tənqid etməyə başlayıb. Hətta qrupun həbsdə olan üzvləri belə ABŞ və İsrailə qarşı İran ordusuna dəstək ifadə edən bəyanat yayıblar.
FT qeyd edir ki, bu dəyişiklik İran daxilində bəzi müxalif qüvvələrin mövqeyində gözlənilməz dönüş kimi qiymətləndirilir.
21:40 13.03.2026
Oxunuş sayı: 77