Yaponiya İranın yeni liderini tənqid etdi
Yaponiya hökuməti İranın yeni ali lideri Müctəba Xameneinin Hörmüz boğazını bağlamaqla bağlı bəyanatına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin katibi Minoru Kihara açıqlama verib.
O bildirib ki, Müctəba Xameneinin bəyanatından aydın olur ki, o, Hörmüz boğazının bağlanması vasitəsindən bundan sonra da səmərəli istifadə edilməli olduğuna inanır.
“Yaponiya hökuməti bu məsələ ilə bağlı dərin narahatlığını ifadə edir”, – deyə Kihara əlavə edib.
O, Tokionun İran tərəfinə təhlükəsiz dəniz keçidinin təmin edilməsinin vacibliyini birbaşa çatdırdığını vurğulayıb.
19:33 13.03.2026
Oxunuş sayı: 61