Bolton: Rusiyaya sanksiya güzəşti səhv addımdır
ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Rusiyaya qarşı neft sanksiyalarının yumşaldılması ilə bağlı yayılan məlumatları sərt tənqid edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Televiziya proqramında aparıcının Rusiyanın təxminən 400 milyon barel neftinə tətbiq edilən sanksiyaların ləğvi barədə xəbərlərə münasibətini soruşmasına cavab verən Bolton bunu Moskva üçün böyük üstünlük adlandırıb.
“Kremldə araq bu xəbəri eşidəndə çay kimi axdı. Bu, ruslar üçün əla hədiyyədir”, – deyə Bolton bildirib.
O əlavə edib ki, neft qiymətlərini aşağı salmaq üçün müxtəlif addımlar müzakirə oluna bilər. Lakin Kremlə belə bir “hədiyyə” vermək düzgün qərar deyil.
19:10 13.03.2026
Oxunuş sayı: 44