Daha bir sinaqoqda partlayış baş verib
Niderlandın Rotterdam şəhərində bu gün səhər saatlarında sinaqoqun girişində partlayış baş verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Hadisə nəticəsində bina ciddi maddi ziyan görsə də, xəsarət alan olmayıb.
Polis partlayışla bağlı yaşları 17-19 arasında olan dörd gənci saxlayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxslərin şəhərdə başqa bir sinaqoqa da hücum planlaşdırdığı ehtimal edilir.
Qeyd olunur ki, son dövrlərdə oxşar hadisələr ABŞ və Belçikada da qeydə alınıb. Hadisə ilə bağlı araşdırma davam edir.
18:16 13.03.2026
Oxunuş sayı: 42