Tramp: Xamenei ÖLMƏYİB
ABŞ Prezidenti Donald Tramp İranın Ali Dini Lideri Müctəba Xameneyinin sağ olduğunu söyləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Tramp "Fox News"a verdiyi açıqlamada bildirib.
Prezidentin sözlərinə görə, İranın ali rəhbəri yaralanmış ola bilər, lakin “hələ də hansısa formada sağdır”. Bu açıqlama, Xameneinin sağlamlığı ilə bağlı yayılan şayiələr fonunda gəlib və beynəlxalq diqqəti yenidən Tehran üzərinə yönəldib.
Ekspertlər vurğulayırlar ki, belə açıqlamalar diplomatik və media müstəvisində gərginliyi artırmaq potensialına malikdir və regiondakı siyasi vəziyyəti izləyənlər üçün əhəmiyyət kəsb edir.
13:10 13.03.2026
Oxunuş sayı: 7161