Kirill Dmitriyev: Rusiya nefti qlobal bazarın açarıdır
Rusiya Vnesheconombankın rəhbəri Kirill Dmitriyev, bildirib ki, ABŞ faktiki olaraq qlobal bazarın Rusiya nefti olmadan sabit qala bilməyəcəyini etiraf edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dmitriyev qeyd edib ki, bu etiraf dünya enerji bazarında Rusiya neftinin strateji əhəmiyyətini bir daha ortaya qoyur. Onun sözlərinə görə, beynəlxalq bazarlarda qiymətlərin stabilliyi və tədarük zəncirlərinin qorunması üçün Rusiya neftinin rolu həlledici olaraq qalır.
Ekspertlər vurğulayırlar ki, bu açıqlama qlobal enerji siyasətinə təsir edə və beynəlxalq iqtisadi müzakirələri gündəmə gətirə bilər.
11:29 13.03.2026
Oxunuş sayı: 38