ABŞ-yə məxsus təyyarə vuruldu
İraqda fəaliyyət göstərən İraqda İslam Müqaviməti hərəkatı ABŞ-yə məxsus KC-135 Stratotanker yanacaqdaşıyan hərbi təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb.
Crossmedia.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir ki, İranın dəstəklədiyi qruplaşma yaydığı bəyanatda təyyarəni “ölkənin suverenliyini və hava məkanını qorumaq məqsədilə” vurduqlarını iddia edib.
Məlumata görə, insidentdən sonra təyyarənin heyəti uçuş aparatını ABŞ-nin nəzarətində olan aerodromlardan birinə endirməyə nail olub.
09:34 13.03.2026
Oxunuş sayı: 45