İran raketində diqqət çəkən mesaj: Epşteyn qurbanlarının xatirəsinə
ABŞ və İsrail mövqelərinə qarşı istifadə üçün nəzərdə tutulduğu iddia edilən SEPAH-a məxsus raketin fotosu yayımlanıb.
Crossmeda.az xəbər verir ki, fotoları İranın “Press TV” telekanalı yayıb. Paylaşılan görüntüdə raketin üzərində yazılmış mesaj xüsusi diqqət çəkib.
Fotoda raketin üzərində “Epşteyn adası qurbanlarının xatirəsinə!” sözlərinin yazıldığı görünür. Mesajın qalmaqallı amerikalı maliyyəçi Cefri Epşteynin fəaliyyəti nəticəsində zərər çəkmiş və həyatını itirmiş şəxslərin xatirəsinə həsr olunduğu qeyd edilib.
Xatırladaq ki, Cefri Epşteyn ABŞ-də cinsi istismar və pedofiliya şəbəkəsi yaratmaq ittihamları ilə 2019-cu ildə həbs edilmişdi. O, həmin il həbsxanada ölü tapılmışdı. Hadisə böyük rezonans doğurmuş və sonradan məsələ ilə bağlı geniş araşdırmalar aparılmışdı.
16:50 11.03.2026
Oxunuş sayı: 49