“Mançester Yunayted”dən minimal hesablı qələbə -İngiltərə Premyer Liqası
Manchester United müvəqqəti baş məşqçi Michael Carrickin rəhbərliyi altında məğlubiyyətsizlik seriyasını davam etdirib. “Qırmızı şeytanlar” Premyer Liqanın növbəti turunda səfərdə Evertonu 1:0 hesabı ilə məğlub edib. Görüşün taleyini ikinci hissədə vurulan yeganə qol həll edib. 71-ci dəqiqədə sürətli əks-hücum zamanı Kunya ötürməsi ilə Brayan Mbeumonu tapıb. Kamerunlu futbolçu isə topu əvəzedici kimi meydana daxil olan Benjamin Seskoya çatdırıb. Sloveniya millisinin hücumçusu bir toxunuşla uzaq küncü dəqiq nişan alaraq komandasına qələbə qazandırıb.
Oyuna fəal başlayan mankunianlılar ilk dəqiqələrdə Amad Diallonun zərbəsi ilə hesabı aça bilərdilər. Lakin Everton qapıçısı Cordan Pikford və müdafiəçi Ceyms Tarkovski topu qapı xəttindən uzaqlaşdıraraq təhlükəni sovuşdurublar. İlk hissənin sonlarına doğru meydan sahibləri fəallaşsa da, hesab dəyişməyib.Fasilədən dərhal sonra Everton önə keçmək şansı qazansa da, qapıçı Senne Lammens inamlı oyunu ilə fərqlənib. Oyunun sonlarında Maykl Kin və Tairik Corcun cəhdləri də nəticəsiz qalıb. Beləliklə, “Mançester Yunayted” vacib üç xalı aktivinə yazdıraraq turnir cədvəlində üçüncü pillədə qərarlaşan Aston Villa ilə xal fərqini üçə endirib.
Türkanə Muradlı
02:03 24.02.2026
Oxunuş sayı: 254