Putin və Ərdoğan sentyabrın 1-də görüşəcək
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə görüşəcək.
Crossmedia.az xəbər verir ki, Rusiya mediası bu barədə məlumat yayıb.
Görüş Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçiriləcək.
Liderlərin danışıqlar zamanı Qara dənizdəki vəziyyəti, Rusiya-Ukrayna münaqişəsini və iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafını müzakirə edəcəyi bildirilir.
10:04 29.08.2026
Oxunuş sayı: 50