Fransanın maliyyə böhranı Avropanı çətin seçim qarşısında qoyub
Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasından olan deputatı Maksimilian Kra Fransanın maliyyə problemlərinin Avropa İttifaqı üçün ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, deputat bu barədə “Clash Report”a açıqlamasında danışıb.
Kranın sözlərinə görə, Almaniyanın Fransanı maliyyə baxımından xilas etməyə çalışması hər iki ölkəni iqtisadi böhrana sürükləyə bilər. O, Berlinin Fransa üçün maliyyə zəmanətləri və ya avrobondlar vasitəsilə əlavə dəstək göstərməsinin uzunmüddətli perspektivdə hər iki ölkənin müflisləşməsi ilə nəticələnə biləcəyini iddia edib.
Deputatın fikrincə, Almaniya Fransaya yardım etməkdən imtina edərsə, bu, Avropa İttifaqının dağılmasına və Avropanın vahid valyuta sisteminin sona çatmasına gətirib çıxara bilər.
Kra yaranmış vəziyyətdə iki mümkün ssenarinin olduğunu bildirib: ya Almaniya Fransaya maliyyə dəstəyi göstərəcək və hər iki ölkə iqtisadi risklərlə üzləşəcək, ya da yardım göstərilməyəcək və bu, Avropa İttifaqı üçün ciddi siyasi və iqtisadi böhran yaradacaq.
18:20 15.10.2026
Oxunuş sayı: 70