AR Ekologiya və Təbii Sərvətlər Nazirliyində müşavirə keçirilib
Oktyabrın 15-də “K.Kazımzadə küç. 100A” ünvanı üzrə (AR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ərazi partiya təşkilatında Azərbaycan
Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham
Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı
müşavirə keçirilib.
Crossmedia.az xəbər verir ki, müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar
Nəbiyev, Azərbaycan Respublikası Ekologiya
və Təbii Sərvətlər
nazirinin müavini Vüqar Kərimov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü
Əfsun Sucayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya
təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda
canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi
ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər nazirinin müavini Vüqar Kərimov iştirakçıları
salamlayaraq dövlət qurumunda keçirilən bu tədbirin böyük ideoloji və sosial
əhəmiyyət daşıdığını diqqətə çatdırıb. V.Kərimov vurğulayıb ki, Yeni Azərbaycan
Partiyasının VIII Qurultayı ölkəmizin dayanıqlı inkişaf strategiyasını müəyyən
edən mühüm tarixi mərhələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin qurultaydakı konseptual nitqi ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin
qorunması, işğaldan azad edilmiş ərazilərdə ekoloji bərpa işlərinin
sürətləndirilməsi və "yaşıl artım" konsepsiyasının reallaşdırılması
baxımından mühüm vəzifələr qoyur. Nazir müavini qeyd edib ki, nazirliyin
kollektivi cənab Prezidentin rəhbərliyi ilə yürütülən ekoloji siyasətə hər
zaman sadiqdir və bundan sonra da həm ekoloji təhlükəsizliyin təmin olunması,
həm də partiya ideallarının təbliğində var gücü ilə çalışacaqdır.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar
Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının
sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və proqram
xarakterli nitqinin dərin ideoloji-siyasi əhəmiyyəti, postmüharibə dövrünün
gətirdiyi yeni reallıqlar və ekologiya sahəsində çalışan partiya fəallarının
qarşısında duran mühüm vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Bəxtiyar Nəbiyev bildirib ki,
müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyev
tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası ötən dövr ərzində
ölkəmizin siyasi sabitliyinin, iqtisadi və sosial tərəqqisinin əsas
hərəkətverici qüvvəsi olmuşdur. Ulu
Öndərin zəngin dövlətçilik irsini uzaqgörənliklə davam etdirən cənab Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Müzəffər Zəfərə imza ataraq ərazi
bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Qazanılan bu möhtəşəm
nailiyyətlər partiyamızın yürütdüyü ardıcıl siyasi kursun və sarsılmaz
xalq-iqtidar birliyinin parlaq nümayişidir. B.Nəbiyev xüsusi olaraq diqqətə
çatdırıb ki, VIII Qurultayda qəbul edilmiş qərarlar və partiya sədrinin irəli
sürdüyü prioritetlər dövlət qurumlarında fəaliyyət göstərən ərazi partiya
təşkilatlarının fəaliyyətində keyfiyyətcə yeni mərhələ açmışdır. Müasir dünyada ekoloji təhlükəsizlik və "yaşıl
iqtisadiyyat"a keçid dövlətlərin milli təhlükəsizliyinin və beynəlxalq
nüfuzunun vacib tərkib hissəsinə çevrilmişdir. Qarabağ və Şərqi Zəngəzurun
"Yaşıl Enerji" zonasına çevrilməsi, işğal dövründə ekosidə məruz
qalmış meşə və su hövzələrimizin bərpası dövlət siyasətinin prioritet
istiqamətlərindəndir.
YAP Yasamal rayon təşkilatının sədri vurğulayıb ki, Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin ərazi partiya təşkilatının üzvləri elmi və
praktiki potensiaı ideoloji fəallıqla uzlaşdırmalı, cəmiyyətdə ekoloji
mədəniyyətin yüksəldilməsinə, gənclərin ətraf mühitə qayğı ruhunda tərbiyə
olunmasına töhfə verməlidirlər. YAP Yasamal rayon təşkilatı cənab Prezident
İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması və
partiya ideyalarının təbliği istiqamətində nazirliyin partiya fəalları ilə sıx
əməkdaşlığı ardıcıl olaraq davam etdirəcəkdir.
Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü
Əfsun Sucayev partiyanın
müasir inkişaf dövründəki ideoloji prinsipləri, gənclərin ekoloji və sosial
layihələrdəki fəallığı və YAP-ın VIII Qurultayının tarixi əhəmiyyəti barədə
məruzə edib. Ə.Sucayev vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi
ilə keçirilən VIII Qurultay partiyanın təşkilati və ideoloji baxımdan
yenilənməsi yolunda strateji addımdır. O, mütəxəssisləri və gənc fəalları
dövlət başçısının ətraf mühitin qorunması ilə bağlı çağırışlarına dəstək
verməyə, informasiya müstəvisində və ictimai fəaliyyətdə partiya sıralarında
sıx birləşməyə çağırıb.
Çıxış edən Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri
Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Telman Quliyev həmkarlar
ittifaqlarının ictimai həyatdakı rolundan və əməkdaşların sosial müdafiəsinin
gücləndirilməsindən söhbət açıb. T.Quliyev diqqətə çatdırıb ki, cənab Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi
islahatlar hər bir çalışanın rifahına xidmət edir. O, həmkarlar ittifaqı
təşkilatı ilə ərazi partiya təşkilatının sıx əməkdaşlıq edərək kollektivdə
yüksək işgüzar və vətənpərvər mühitin saxlanılması, eləcə də YAP-ın VIII
Qurultayından irəli gələn tapşırıqların icrası üçün fəal çalışacaqlarını bəyan
edib.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni
səsləndirilib və xatirə şəkli çəkdirilib.
18:45 15.10.2026
Oxunuş sayı: 51