"Navai" iki ay müddətinə həbs edilib
Azərbaycan əsilli rusiyalı reper Navai Bəkirov Qazaxıstanda narkotik qaçaqmalçılığı şübhəsi ilə saxlanıldıqdan sonra iki ay müddətinə istintaq təcridxanasına göndərilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Halyqstan” mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Navai Qırğızıstandan Qazaxıstana daxil olarkən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılıb. O, narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinir.
Nəşrin məlumatına əsasən, reper dindirmə zamanı ifadə verərək marixuananı Bişkekdə aldığını bildirib. Onun etirafedici ifadə verdiyi qeyd olunsa da, iş üzrə digər təfərrüatlar açıqlanmayıb.
18:10 15.10.2026
Oxunuş sayı: 63