Xamenei: İran ABŞ və İsrailin zərbələrinə baxmayaraq islahatları davam etdirəcək
İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ və İsrailin hərbi zərbələrinə və tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, ölkədə sosial rifahın yaxşılaşdırılması və islahatların davam etdiriləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, İranın dövlət televiziyası bu barədə məlumat yayıb.
Xamenei sosial həmrəyliyə zərər vura biləcək hər hansı addımın yolverilməz olduğunu vurğulayıb.
İran Prezidenti Məsud Pezeşkian isə müraciətin yayımlanmasından sonra bütün tapşırıqların yerinə yetiriləcəyini və ölkənin inkişafını davam etdirəcəyini açıqlayıb.
10:09 29.08.2026
Oxunuş sayı: 60