Asim Xudiyev UEFA turnirinə təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
O, UEFA Region Kubokunun qrup mərhələsinin üç oyununda hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Oktyabrın 15-dən 21-dək Sloveniyada təşkil olunacaq mini-turnir 2-ci qrupun oyunlarını əhatə edəcək.
16:53 13.10.2026
Oxunuş sayı: 204