Səudiyyə Ərəbistanı İraqdan vasitəçilik istəyib
Səudiyyə Ərəbistanı Yəmənlə uzun müddətdir davam edən münaqişənin nizamlanmasına kömək etməsi üçün İraqa müraciət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Livanın “Əl-Əhd” nəşri İraq baş nazirinin ofisinə yaxın mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Ər-Riyadın təşəbbüsü İraqın baş naziri Əli Falih əz-Zeydinin Səudiyyə Ərəbistanına planlaşdırılan səfəri zamanı ətraflı müzakirə ediləcək. Məlumata əsasən, Bağdad Səudiyyə tərəfinin gərginliyin daha da artmasının qarşısını almaq üçün İraqın vasitəçiliyini qəbul etməyə hazır olduğuna dair siqnallar alıb.
Ər-Riyadla Yəmən arasında münaqişə 11 ildən artıqdır davam edir. Nəşrin məlumatına görə, son dövrlərdə Səudiyyə Ərəbistanının neft şirkəti “Aramco”nun infrastrukturu, strateji hərbi obyektlər, dövlət müəssisələri, eləcə də Ər-Riyad və ölkənin digər bölgələrindəki iri hava limanlarına intensiv hücumlar fonunda vəziyyət daha da gərginləşib.
16:21 13.10.2026
Oxunuş sayı: 45