Ağ Evdə gizli plan – Trampın kürəkəni İranla sensasion razılaşma hazırlayır
ABŞ prezidentinin kürəkəni və Tehranla nüvə məsələsi üzrə danışıqlar qrupunun üzvü Cared Kuşner administrasiyanın digər yüksək vəzifəli şəxsləri ilə birlikdə İranla mümkün diplomatik saziş üzərində işləyir.
Crossmedia.az bu barədə "CBS News"a istinadən xəbər verir.
Məlumata görə, adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, administrasiya daxilində aparılan məsləhətləşmələr daha çox prezident üçün “son xəbərlər toplusunun təqdimatı” formatında keçirilir və bu proses klassik müzakirə və ya xarici siyasət fikir qarşıdurması formasında aparılmır.
CBS-in məlumatına əsasən, Donald Tramp baş verən proseslərə reaksiya verir və qərarlarını ölçüb-biçir. Lakin onun hansı konkret addımı atacağı hələlik dəqiq deyil.
17:03 21.02.2026
Oxunuş sayı: 602