KİV: ABŞ Kiyevə təzyiqi güzləndirir
ABŞ Kiyevə təzyiqi gücləndirir və onu Donbas münaqişəsi ilə bağlı güzəştlərə getməyə məcbur edir.
Crossmedia.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, bu təzyiqin arxasında konkret diplomatik çağırışlar dayanır.
Məlumata görə, fevral ayında Əbu-Dabidə keçirilən danışıqlar zamanı ABŞ Ukraynaya 15 may tarixinədək prezident seçkilərinin keçirilməsini tövsiyə edib.
Vaşinqton Kiyevin güzəştə getməyə hazır olmadığı halda danışıqlar prosesindən çəkilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Hazırda həm Vaşinqton, həm də Kiyev məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
16:46 13.02.2026
Oxunuş sayı: 591