Rusiya Ukraynaya kütləvi zərbələr endirdi
Sentyabrın 12-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi obyektlərə dəniz, quru və hava bazasından atılan silahlarla, həmçinin pilotsuz uçuş aparatları ilə kütləvi zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, zərbələr Krivoy Roq, Zaporojye və Dnepropetrovskda hərbi təyinatlı məhsulların istehsalını təmin edən metallurgiya sənayesi müəssisələrinə yönəlib.
Həmçinin Odessa vilayətində hərbi təyinatlı yüklərin boşaldılması və saxlanmasını, eləcə də Ukraynaya xaricdən silah və sursat tədarükünün əhəmiyyətli hissəsini təmin edən liman və nəqliyyat infrastrukturu hədəfə alınıb.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Kiyev və Odessa vilayətlərində Ukrayna qoşunlarının maraqları üçün istifadə olunan obyektlərə zərbələr endirildiyini açıqlamışdı.
10:23 12.09.2026
Oxunuş sayı: 41