"Gəncə" klubu Azərbaycan millisinin voleybolçusu Ülkər Kərimova ilə müqavilə imzalayıb
"Gəncə" voleybol klubu Azərbaycan millisinin üzvü Ülkər Kərimova ilə müqavilə imzalayıb.
Bu barədə Crossmedia.az klubun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın bir sıra klublarında çıxış etmiş təcrübəli voleybolçu karyerası ərzində İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib olub, həmçinin dəfələrlə Azərbaycan çempionu adını qazanıb.
10:49 12.09.2026
Oxunuş sayı: 46