İranda gizli edamlar? BMT-dən ciddi ittiham
BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato İslam Respublikasında edamların geniş vüsət alması və ədalətli məhkəmə prinsiplərinin sistemli şəkildə pozulması ilə bağlı ciddi narahatlığını ifadə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Sato bildirib ki, hazırda ölkədə neçə nəfərin saxlanıldığı, harada olduğu, kimlərə ölüm hökmü çıxarıldığı və ya artıq edam edildiyi barədə etibarlı məlumat yoxdur. Onun sözlərinə görə, rəsmi rəqəmlər 3000-dən çox edam faktını təsdiqləsə də, vətəndaş cəmiyyəti təşkilatları daha yüksək göstəricilərdən danışır.
BMT məruzəçisi ötən ilin dekabr ayında iki məhbusun edam hökmü və bir neçə digər şəxsin vəziyyəti ilə bağlı İran hakimiyyəti ilə yazışmalar apardığını açıqlayıb.
Sato vurğulayıb ki, etirazlardan sonra müşahidə olunan repressiyalar yeni hal deyil və əvvəlki insan haqları pozuntularının daha geniş miqyasda təkrarıdır. O, beynəlxalq ictimaiyyəti vəziyyəti diqqətdə saxlamağa çağırıb.
16:20 13.02.2026
Oxunuş sayı: 536