İran prezidenti Məsud Pezeşkian Gülüstan əyalətinə səfəri çərçivəsində tibbi xidmətlərlə bağlı keçirilən iclasda iştirak edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, iclas zamanı dövlət başçısı yenidən Azərbaycan dilində şeir səsləndirib və tədbir iştirakçılarının diqqətini çəkib.
Pezeşkian çıxışı zamanı böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” əsərindən bir parça oxuyub. O, insanlıq, vətən sevgisi və xeyirxahlıq kimi dəyərləri ön plana çəkən misralarla çıxışını müşayiət edib.
Prezidentin dilindən səslənən “Göylər bütün dumandır, günlərimiz yamandır”, “Yaxşılığı əlimizdən alıblar”, “Yaxşı bizi yaman günə salıblar” kimi ifadələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.