Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ABŞ-ın Ermənistanda kiçik modul reaktorlar (SMR) tikmək planları ilə bağlı potensial risklər barədə xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Şoyqu bildirib ki, layihə artıq praktiki mərhələyə keçdiyi üçün region yeni nüvə təhlükəsizliyi təhdidləri ilə üzləşə bilər. O, həmçinin layihənin maliyyə yükünün Ermənistanın illik ÜDM-in üçdə birindən çoxuna başa gələ biləcəyini vurğulayıb.
Rusiya rəsmisi qeyd edib ki, ABŞ hələlik SMR-lərin sənaye istismarı üzrə praktiki təcrübəyə malik deyil, bu da layihənin risklərini artırır.
Ekspertlər hesab edirlər ki, Şoyqunun xəbərdarlığı regionda təhlükəsizlik və enerji layihələrinin maliyyələşdirilməsi baxımından ciddi əhəmiyyət daşıyır.