BMT İran nazirini siyahıdan çıxardı
Bu gün BMT İnsan Hüquqları Şurasının fevralın 23-də başlayacaq iclasında İranın xarici işlər naziri Abbas Əraqçının çıxışı ləğv edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Məlumatı BMT-nin icraçı direktoru və beynəlxalq hüquqşünas Hillel Neuer öz “X” hesabında yayıb. O bildirib ki, Əraqçının adı rəsmi natiqlər siyahısından çıxarılıb.
Neuerin sözlərinə görə, bu qərar Əraqçının tədbirə dəvət olunmamasını tələb edən və onun insanlığa qarşı cinayətlərinə görə İsveçrə polisindən həbsini istəyən 100 mindən çox imzanın toplanması nəticəsində qəbul edilib.
Bu addım İranın xarici siyasətində və beynəlxalq münasibətlərdə ciddi rezonans doğuracağı gözlənilir.
13:17 13.02.2026
Oxunuş sayı: 503