Avropa təyyarələrinə qadağa? İran üzərində uçuşlarla bağlı KRİTİK XƏBƏRDARLIQ
Avropa Birliyinin aviasiya təhlükəsizliyinə nəzarət orqanı — European Union Aviation Safety Agency (EASA) — Avropa aviaşirkətlərinə İranın hava məkanından istifadə etməmək barədə yeni xəbərdarlıq yayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qurumun açıqlamasına əsasən, bu tövsiyə əvvəlki təhlükəsizlik xəbərdarlığının davamıdır və 31 mart tarixinə qədər qüvvədə olacaq.
EASA bildirib ki, bölgədə geniş çeşiddə silahların və hava hücumundan müdafiə sistemlərinin mövcudluğu, eləcə də mümkün gözlənilməz hərbi reaksiyalar bütün yüksəkliklərdə mülki aviasiya üçün ciddi risk yaradır.
Qeyd edilib ki, təhlükəsizlik xəbərdarlığı Tehran ilə Vaşinqton arasında danışıqların davam etdiyi bir dövrə təsadüf edir. Rəsmi qurumlar vəziyyəti yaxından izlədiklərini vurğulayıblar.
13:27 13.02.2026
Oxunuş sayı: 433