Avropa Parlamenti bu gün İranda etirazçıların repressiyası, özbaşına həbslər, işgəncələr, edamlar və qeyri-insani saxlanma şəraitini pisləyən qətnamə qəbul edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Qətnamə 524 lehinə, 3 əleyhinə və 41 bitərəf səslə təsdiqlənib.
Sənəddə İran hakimiyyətinin törətdiyi cinayətlərin BMT tərəfindən müstəqil araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və işin Beynəlxalq Cinayət Məhkəməsinə göndərilməsi tələb olunur.
Qətnamədə həmçinin 35 min ölüm xəbəri istinad edilərək İrana qarşı sanksiyaların artırılması çağırışı edilib. Buna SEPAH üzvlərinə və məsul vəzifəli şəxslərə aktivlərin dondurulması və səyahət qadağalarının genişləndirilməsi daxildir.
Qətnamənin qəbul edilməsi Tehran ilə Avropa arasında münasibətlərin daha da gərginləşəcəyini göstərir və beynəlxalq ictimaiyyətin İranda insan haqları vəziyyətinə diqqətini artırır.