Rusiyanın dövlət xarici borcu son illərin ən yüksək həddinə yüksəlib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Ölkənin Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, 1 fevral 2026-cı il tarixinə dövlətin xarici borcu 61,97 milyard dollar təşkil edib.Bu göstərici 2006-cı ildən bəri qeydə alınan ən yüksək səviyyə hesab olunur. Rəsmi statistikaya görə, Rusiyanın dövlət xarici borcu 1 yanvar 2006-cı ildə 76,5 milyard dollara çatmışdı. Daha sonra borc 2007-ci ilin əvvəlində 52 milyard dollara qədər azalmışdı.
Sonrakı illərdə isə dövlətin xarici borcu əsasən 60 milyard dollardan aşağı səviyyədə qalıb. Yeni açıqlanan rəqəmlər isə borcun yenidən artım tendensiyasına keçdiyini göstərir.