ABŞ Hərbi Dəniz Qüvvələri “Gerald R. Ford” aviadaşıyıcısını Yaxın Şərq regionuna yönləndirməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times (NYT) nəşri məlumat yayıb.
Məlumata görə, qərar regionda artan gərginlik fonunda qəbul edilib və Vaşinqtonun hərbi mövcudluğunu gücləndirməyə hesablanıb. ABŞ administrasiyası bununla həm müttəfiqlərə dəstək mesajı verməyi, həm də mümkün təhlükələrə qarşı operativ reaksiya imkanlarını artırmağı hədəfləyir.
Qeyd edək ki, USS Gerald R. Ford ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yeni və texnoloji baxımdan ən inkişaf etmiş aviadaşıyıcılarından biridir.
Rəsmi Pentaqon tərəfindən məsələ ilə bağlı əlavə detallar açıqlanmayıb.