Netanyahudan İranla bağlı ŞOK AÇIQLAMA
İsrailin Baş naziri Benyamin Netanyahu İranla mümkün razılaşma perspektivinə şübhə ilə yanaşdığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, Netanyahu bildirib ki, ABŞ Prezidenti Donald Tramp iranlıların kiminlə iş gördüklərini başa düşdüklərinə inanır və onun irəli sürdüyü şərtlər İranla “müsbət razılaşma” üçün əsas yaradır.
Netanyahunun sözlərinə görə, İran daha əvvəl razılığa gəlməməklə səhv etdiyini artıq anlayıb. Bununla belə, o, yekun razılaşmanın əldə olunacağına tam əmin olmadığını vurğulayıb.
Baş nazir qeyd edib ki, mümkün razılaşma yalnız nüvə proqramı ilə məhdudlaşmamalı, həmçinin İranın ballistik raket proqramını və Tehranın dəstəklədiyi proksi qrupların fəaliyyətini də əhatə etməlidir.
Netanyahu əlavə edib ki, o, Trampla görüşü zamanı Qəzza zolağındakı vəziyyəti və digər regional məsələləri də müzakirə edib.
09:38 13.02.2026
Oxunuş sayı: 539